Vaxt.Az

Kürd dili rəsmiləşdi


 

Türk və erməni dilləri barədəsə təkliflər verildi

Kürd dili rəsmiləşdi İraqda kürd dili rəsmi dil olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, İraq parlamentində ərəb dili ilə yanaşı kürd dilinin də rəsmi dil olması barədə qərar qəbul olunub.
Ölkə televiziyalarının yaydığı məlumatlara görə, kürd millət vəkili Şilər Əziz bundan sonra ərəb dili ilə yanaşı kürd dilinin də ölkənin əsas rəsmi qurumlarında istifadə olunacağını bildirib. 
Onun sözlərinə görə İraq parlamentində türk və erməni dillərinin də ölkənin rəsmi dili olması barədə təkliflər irəli sürülüb.
 





09.01.2014    çap et  çap et