2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov «Son zəng» tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, «Son zəng» tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.