Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının lideri Tereza Mey Şimali İrlandiyanın Demokratik Yunionçular Partiyasının lideri Arlen Foster ilə koalisyon hökumət qurmaq barədə razılıq əldə edib.Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, tərəflər bütün sahələrdə razılıq əldə ediblər.
İyunun 8-də Böyük Britaniyada keçirilən seçkilərdə Mühafizəkarlar partiyası qələbə qazanaraq 318 kürsü əldə etmişdilər. Lakin parlamentdə çoxluğu itirdikləri üçün Mey «Yunionistlər»lə ittifaqa girərək koalision hökumət yaradıblar.
çap et