Vaxt.Az

«85 min qan donoru aşağı göstəricidir»


 

Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...

«85 min qan donoru aşağı göstəricidir» Hər il dünya 14 iyun tarixini «Ümumdünya Qan Donoru Günü» kimi qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair Qətnaməsi qəbul edilib.

Hazırda Azərbaycanda da kifayət qədər qan donorları olduğunu bilirik. Bəs ölkə qan tələbatını ödəyə bilirmi? Ümumiyyətlə, bu sahə üzrə vəziyyət nə yerdədir?

Səhiyyə Nazirliyinin Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi  Pərvanə Hacıyeva  Modern.az saytına açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 85 803 qan donoru var:

 «Respublika üzrə 2010-cu ildə qan verən donorların sayı 46530 nəfər olubsa, ötən il bu rəqəm 85803 nəfər təşkil edib. Həmçinin 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilib, ötən il isə bu göstərici 40 ton 327 litrə qədər yüksəlib».

P.Hacıyevanın sözlərinə görə qan donorlarının sayı artsa da, bu, ölkənin tələbatını ödəmir:

«10 milyona yaxın əhalisi olan bir ölkə üçün 85 min qan donoru bir az aşağı göstəricidir. Əgər donor sayımız 140-150 minə qalxarsa, ölkə ərazisində qan ehtiyatı tamamilə ödənilə bilər.  Digər tərəfdən qeyd etməliyəm ki, bizim heç bir ölkədən qan almağa, yaxud bizdən hansısa ölkəyə qan verilməsinə icazə yoxdur».

Pərvanə Hacıyeva həmçinin daimi qan donorlarından da söz açıb:

«Qan donorları ən çox 25-29 və 30-39 yaş qrupundakı insanalar dır. Demək olar ki, bizdə daimi qan donorları çox azdır.  Ölkədə qan verənlər kifayət qədər olsa da, mütəmadi şəkildə gəlib müraciət edənlərin sayı azdır. Ona görə də bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır ki, donorlar  uzunmüddətli qalsın. Yəni  insanlar  bir dəfə gəlib qan verib getməsinlər.

Məsələn, Azərbaycanda donorların 95 faizi yalnız bir dəfə qan verənlərdir. Qalan 5-6 faiz isə daimi donorlardır. Əvvəlki illərdə Ramazan ayında Mərkəzi Qan Bankında  kifayət qədər qan olmurdu. Amma bu il Ramazan ayının 19-cu günü olmasına baxmayaraq bankımızda kifayət qədər qan ehtiyatı var. Hətta oruc tutanlar belə gəlib qan verirlər».

 





14.06.2017    çap et  çap et