Vaxt.Az

Köhnədə dərdə dərman olan təzə dərd


 

Günə bir aspirin - faydalıdır, ya təhlükəli?

Köhnədə dərdə dərman olan təzə dərd «The Telegraph» yazır ki, günə bir aspirin qəbul etmək indiyədək düşünüldüyündən daha böyük fəsadlara yol açırmış.

Məqalədə deyilir ki, milyonlarla pensiyaçının infarkt və iflicin qarşısını almaq üçün qandurulducu kimi qəbul etdiyi bu preparat başqa problemlər yarada bilər.

«Oxford» Universitetində aparılmış bir araşdırma göstərib ki, yaşı 75-i keçənlər üçün günə bir aspirin həbinin qəbulu, daha cavan pasientlərlə müqayisədə 10 dəfə artıq ölümcül qanaxma təhlükəsi yaradır.

Lakin alimlər deyirlər ki, artıq infarkt keçirmiş pasientlər aspirinin qəbulunu davan etdirməlidirlər.

Ekspertlər ümumilikdə milyonlarla pensiyaçını mümkün qədər dərmanlarsız ötüşməyə çağırırlar.

Bununla belə, hər hansı dərmanın qəbulu yalnız həkim məsləhətindən sonra dayandırıla bilər.

Britaniyada pensiyaçıların 40 faizi günə bir aspirin qəbul edir. Bunların təxminən yarısı artıq infarkt keçirib.

 





14.06.2017    çap et  çap et