Bu gün Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalında müqavilə ilə xidmət edən hərbi qulluqçu ölüb.Virtualaz.org-un məlumatına görə, Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan «Novosti Armeniya»nın müxbirinə deyib ki, həmin hərbçi Nareka Mxitaryanın sağlamlığında problemlər olub.
«Onu boyunun orta kistasının çıxarılması üzrə əməliyyat ediblər. Bu gün səhər tezdən o öldü», - Ovannisyan bildirib.
Hərbi qulluqçunun ölüm səbəbi hələlik məlum deyil.
çap et