Vaxt.Az

«Vəziyyət həddən artıq acınacaqlıdır»


 

Erməni əsgərin anası: «Övladımın sağ-salamat qayıtması böyük bir möcüzə olacaq»

«Vəziyyət həddən artıq acınacaqlıdır» Sosial şəbəkə istifadəçisi Sonya Q. adlı erməni əsgər anasının statusunda bölüşdüyü paylaşma ermənistanlı əsgər analarını növbəti dəfə məyus edib.

Dağlıq Qarabağda, erməni işğalında olan Azərbaycan ərazilərində hərbi xidmət keçən oğlu Volodya ilə görüşə gedən ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini ürək ağrısı ilə başqa valideynlərlə bölüşüb.

Ana hərbi hissədəki sosial şəraitin bərbad vəziyyətindən, yeməyin keyfiyyətsiz olmasından, əsgərlərin geyimindən, onların xarici görünüşündən, bəzilərinin xəstəliklərdən əziyyət çəkdiyindən, hətta zabit ailələrinin dözülməz vəziyyətdə yaşamasından, baş verən haqsızlıqlardan və hərbi hissədəki intizamsızlıq da daxil olmaqla bir çox məsələlərdən danışıb.

«Vəziyyət həddən artıq acınacaqlıdır. Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaqdır», - deyə Sonya Q. sonda yazır.

 





15.06.2017    çap et  çap et