«Report»un məlumatına görə, şəxsiyyəti müəyyənləşdirilməyən şəxs "üzərimdə partlayıcı var», – deyə ətrafdakıları təhdid edib. Əraziyə polis cəlb edilib və o, saxlanılıb.
«Hürriyyət» isə həmin şəxsin Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər hansı təhlükənin olmadığını müəyyənləşdiriblər.
Hadisənin təfərrüatı araşdırılır.