Elanda «Azərbaycan Dəmir Yolları» QSC başqa detalar göstməyib. Lakin «müəyən borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi» dedikdə istisna deyil ki, dövlət səhmdar cəmiyyətinin xarici borclarının restrukturizasiyası planı nəzərdə tutulur. «Reuters» xatırladır ki, bu yaxınlarda dövlətə məxsus daha bir şirkət - Azərbaycan Beynəlxalq Bankı 3 milyard dollarlıq xarici borclarının restrukturizasiyasını elan edib.
Xatırladaq ki, Azərbaycanın dövlət şirkətləri-SOCAR, «Azərbaycan Dəmir Yolları», AZAL, «Azərenerji» və digərləri son illərdə milyardlarla dollarlıq xarici borcun altına giriblər. Bu, beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına baş verib.