Vaxt.Az

Aİ-də rominq qiymətləri ləğv edildi


 

İttifaqın üzvü olmamasına baxmayaraq, siyahıda Türkiyənin də adı var

Aİ-də rominq qiymətləri ləğv edildi Avropa İttifaqı (Aİ) ölkələri arasında mobil rominq qiymətlərinin ləğv edilməsi istiqamətində hüquqi tənzimlənmə iyunun 15-dən qüvvəyə minib.

Bu gündən etibarən Aİ vətəndaşları digər Aİ ölkələrində mobil məlumat, axtarış və SMS xidmətlərindən əlavə pul ödəmədən faydalanacaqlar, öz ölkəsindən kənara çıxdıqda isə paketdəki dəqiqələrlə xüsusi nömrələr xaric bütün Aİ nömrələrinə zəng vura biləcəklər.

Avropa Komissiyası bunu Aİ-nın ən böyük uğurlarından biri olaraq səciyyələndirib.

Lakin istifadəçilər paketlərindəki limiti keçəcəkləri təqdirdə yenə yüksək ödənişlə qarşılaşa bilərlər.

BBC-nin texnologiya üzrə müxbiri Rori Kellan Jons (Rory Cellan-Jones) telekommunikasiya şirkətlərinin bu qanuna qarşı uzun müddət etiraz etdiklərini, lakin qanunun uzun mübarizələr nəticəsində qüvvəyə mindiyini bildirib.

Avropa Parlamentinin başçısı Antonio Tacani (Antonio Tajani) Avropa İttifaqı Şurasının başçısı Cozef Maskət (Joseph Muscat) və Avropa Komissiyasının başçısı Jan Klod (Jean-Claude) ilə birgə mətbuat açıqlaması yayaraq «10 ildən artıqdır ki, biz bu istiqamətdə mübarizə aparırdıq. Artıq rominq qiymətləri tarixə keçdi», deyib.

Türkiyə Aİ-da olmamasına baxmayaraq, Böyük Britaniyadakı bəzi telekommunikasiya şirkətləri Türkiyəni də sərbəst naviqasiya haqqı olan ölkələrin siyahısına daxil edib.

Bəzi şirkətlər isə sərbəst naviqasiya xidmətini yalnız Aİ ölkələrinə şamil ediblər.

 





16.06.2017    çap et  çap et