Vaxt.Az

Yersiz gəldi, yerli qaç?


 

Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb

Yersiz gəldi, yerli qaç? Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb. Yerli mənbələr bildirir ki, qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib.

Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulub.

Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıb.

 





16.06.2017    çap et  çap et