Vaxt.Az
Azərbaycana hörmətsizlik
McDonalds ölkə qanunlarını pozur
Dünyanın ən məşhur şirkətlərindən biri olan McDonalds Azərbaycan dövlətinə hörmətsizlik edir.
Bakının mərkəzi və daha bir neçə yerində özünə şöbə açmış şirkətin xidmət sahələrində istehlakçılara təqdim olunan qida məhsullarının qabları üzərində Azərbaycan dilində deyil, rusca yazılar öz əksini tapıb. Qeyd edək ki, Soçi Olimpiadasını reklam edən şirkət həmin qidaların qabları üzərinə Azərbaycan dilində bircə cümlə də olsun yazdırmayıb. Halbuki müvafiq qanunlara görə, Azərbaycanda fəaliyyət göstərən istənilən xarici şirkətin götürdüyü öhdəliklərdən biri də dövlət atributlarına hörmətlə yanaşmaqdır. Lakin McDonalds şirkəti bunun tam əksinə gedərək, nəinki dövlət dilimizi bir kənara qoyur, üstəlik rus dilinə önəm verir.
09.01.2014 çap et