Vaxt.Az

Ronaldu «Real Madrid»dən gedir


 

Səbəb İspaniya porkurorluğunun portuqaliyalıya qarşı qaldırdığı vergidən yayınma ittiham edir

Ronaldu «Real Madrid»dən gedir Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın «Real Madrid» klubunu tərk etmək niyyətindədir.

«Report»a istinadən xəbər verir ki, səbəb İspaniya prokurorluğunun Ronaldunun ünvanına ittihamları ilə əlaqədar baş verən son hadisələrdir.

32 yaşlı forvard fikrində qəti olduğunu və mövqeyinin dəyişməyəcəyini «kral klubu»nun prezidenti Florentino Peresə də deyib. 

Ronaldu 2011 - 2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə ittiham olunur. Onun 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə belə hərəkətə yol verdiyi bildirilir. Təcrübəli oyunçu öz imic hüquqlarından əldə etdiyi vəsaitdən vergi ödəməməkdə günahlandırılır. Ümumilikdə hücumçu İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə ittiham olunur.

 





16.06.2017    çap et  çap et