Vaxt.Az

«Referendumu tanımayacağıq»


 

Ərbilli millət vəkili açıqlama verdi: «İraqda gərginlik zamanı belə bir qərar verilməsi təxribatdır»

«Referendumu tanımayacağıq» «Türkmanlar, Kərkük əhalisi Kürdüstan Muxtariyyətində keçiriləcək referendumu tanımayacaq. Hazırda İŞİD-in təhlükələrindən qorunmaq üçün çalışırıq və bu məsələ bizim üçün daha aktualdır».

Bunu Modern.az saytına açıqlamasında İraq türkmanlarının Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf deyib.

Onun sözlərinə İraq Kürdüstanının belə bir addım atması anlaşılan deyil. Millət vəkili bildirib ki, İraqda gərginlik, münaqişə hökm sürdüyü bir zamanda referendum qərarı verilməsi təxribatdır.

«Bu referendum daha çox problem yaradacaq. Buna görə də, biz bu referendumu dəstəkləyə bilmərik. Şimali İraq Kürd Muxtariyyətinin bu siyasəti İraqa zərər verir.

Biz türkmanlar bu referendumu pisləyirik. Bizim üçün Mosul, Telafer əməliyyatları, buranın İŞİD-dən təmizlənməsi daha vacibdir», - deyə o əlavə edib.

Xatırladaq ki, Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsut Bərzani bu ilin sentyabrın 25-də  müstəqillik referendumununun keçirilməsi haqda qərar qəbul edib.

 





16.06.2017    çap et  çap et