Vaxt.Az

Aeroportdan şəhərin mərkəzinə 1000 dollara


 

Rusiyada taksi şoferi Çilidən olan jurnalisti «soyub»

Aeroportdan şəhərin mərkəzinə 1000 dollara Moskvaya səfərə gələn Çilidən olan jurnalistdən taksi sifarişinə görə fantastik məbləğ tələb olunub. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çilidən olan jurnalist Dieqo Qaspar Saez Miranda FİFA Konfederasiyalar Kubokunda iştirak etmək üçün Moskvaya gələrkən «Domodedovo» aeroportundan otelə qədər məsafə üçün taksiyə 1000 dollar ödəyib.

Çili radiosunun əməkdaşı olan Miranda sürücüdən onu «Crowne Plaza» otelinə aparmasını xahiş edib. O, xidmətin məbləği ilə yalnız otelə çatandan sonra tanış olub.

Sürücü bildirib ki, qonaq 60 min rubl, təxminən 1000 dollar ödəməlidir. Sonra o, müştəriyə 10 min rubl qaytarıb.

Aldandığını anlayan çilili hüquq-mühafizə orqanlarına müraciət edib və polis sürücünün axtarışlarına başlayıb.

 





16.06.2017    çap et  çap et