Vaxt.Az

«Reket»lərlə mübarizə yolları


 

«İllik» hesablar bağlanacaq

«Reket»lərlə mübarizə yolları «Reket» jurnalistika ilə mübarizə «reket»ləri qınaq obyektinə çevirmək, cəzalandırmaqla mümkün deyil. Uzun müddətdir bu sahədə araşdırma aparıram. Çıxış yolu bunu doğuran səbəbləri aradan qaldırmaqla mümkündür. Arxası olmayanı ittiham etmək çıxış yolu deyil.

Qabiliyyəti olan jurnalistə orta hesabla 500 manat əmək haqqı verəndə, əlbəttə ki, onlardan iddialıları daha çox qazanmaq üçün alternativ yollar arayacaq. Çıxış yolu jurnalisti potensialını gerçəkləşdirəcək müstəvi ilə təmin etməkdir. Müstəvi qənaətbəxş olarsa, o zaman qabiliyyətsiz və savadsız azlıq çoxluğun kölgəsində əlacsız vəziyyətdə qalaraq ələnib və əriyərək sıradan çıxacaq. İstedadlı və savadlı qələm əhlinin dolanışığı təmin olunsa, üskükoynadanlar meydan sulaya bilməyəcək.

Başqa bir səbəb də var- gözükölgəli və əks-təsir rıçaqları zəif olan məmurlar. Hazırki siyasət, yəni ASAN xidmət islahatları davam edərsə, bu təbəqə də tədricən sıradan çıxacaq. O zaman qeyd etdiyim şərtlər daxilində «reket» deyilənlər media məkanından silinəcəklər. Aldığım məlumatlara görə, üst səviyyədəki uğurlu təyinatdan sonra qeyd etdiyim məsələlərlə bağlı ciddi addımlar atılacaq. Ancaq istedadını və vicdanını satanların tamamilə olmayacağını da iddia etmirəm. Belələri az da olsa, hər zaman, hər yerdə olub və olacaq.

O boyda istedad və savadla hakimiyyət cinahında, müxalif düşərgəsində və mühacirətdə oturub məmurlardan «illik» hesab alanların da kitabı bağlanmaq üzrədir. Çünki «illik» aldıqlarının hesabı da bağlanacaq.

 





18.06.2017    çap et  çap et