Vaxt.Az

1750 PKK-çı və 12 cəsəd?


 

«Ermənistan Qarabağda 12 PKK düşərgəsi yaradıb»

1750 PKK-çı və 12 cəsəd? Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbəy növbəti dəfə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb.

Virtualaz.org «Akşam» qəzetinə istinadən xəbər verir ki, Göksel Gülbəy bu dəfə Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirir.

ASİMDER başqanı deyir ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə Avropaya və Rusiyaya qaçıb gedirlər. «Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur»- dərnək başqanı bildirib.

Gülbəyin sözlərinə görə, Suriyaya dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəlib. «Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərilərində erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Bax bunlar PKK-dan gələn muzdlu əsgərlərdir», - uydurma erməni iddialarına qarşı mübarizəni öz bildiyi kimi aparan ASİMDER başqanı bildirib.

 





18.06.2017    çap et  çap et