Vaxt.Az

Yazıçı dilinin bəlasına düşdü


 

Yazışı Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyindən qovuldu

Yazıçı dilinin bəlasına düşdü Gənc yazıçı Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxarılıb. Ş.Ağayar bir neçə gün əvvəl AzNews.az-a açıqlamasında F. Qocaya qarşı sərt ittihamlar səsləndirmişdi: “Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nn gördüyü yarıtmaz işlərinin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin.

O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı,pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın”.

Bu açıqlama Yazıçılar Birliyinin katibliyinin bu gün keçirilən iclasında müzakirə edilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, Şərif Ağayar AYB-nin üzvlüyündən xaric edilib.

Şərif AG AYB-dən qovulması ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O deyib ki, AYB bir irtica yuvasıdır və bu təşkilatdan çıxarılmasına sevinir: “Səbəb Fikrət Qoca deyil. Anarın mənə nifrətinin dərin kökləri var. Bu da onunla bağlıdır ki, mən heç vaxt Anarın qılıncının altından keçməmişəm”.

 





04.06.2013    çap et  çap et