Vaxt.Az

Kişilər də əks cinsdən nəyi isə əxz edə bilər


 

Boydan balaca məşhurlar hündürdaban ayaqqabıları dəbə qaytarır

Kişilər də əks cinsdən nəyi isə əxz edə bilər «The İndependent» qəzetində Raçel Hosi (Rachel Hosie) yazır ki, qadınlar gözlərinin böyük olmasını istəyəndə vəsmə çəkirlər, ləkə və sızanaqları kremlə örtürlər. Belə olduğu halda bəstə boylarından əzab çəkən kişilərin hündürdaban ayaqqabı geyinməsində qəbahət ola bilərmi?

Əlbəttə, söhbət qadınların dikdabanlarından yox, hündür dabanlı kişi ayaqqabılarından gedir.

Məqalədə deyilir ki, 18-ci əsrdə kişilər üçün adi bir geyim növü olan hündürdaban ayaqqabı sonralar dəbdən çıxıb.

Amma indi məşhur moda jurnalı Voqu (Vogue) yazır ki, hündürdaban ayaqqabını dəbə məşhur, amma bəstəboy kişilər qaytarırlar.

Kanye Uest (Kanye West), Heri Stayles (Harry Styles) və Castin Biber (Justin Bieber) kimi məşhurların hamısını son vaxtlar hündür platformalı ayaqqabılarda görüblər.

Söhbət təkcə sənətçi məşhurlardan getmir. Bu yaxınlarda ABŞ prezidentliyinə keçmiş namizəd Marko Rubionu (Marco Rubio) hündürdaban çəkmələri media başlıqlarına çevrilib.

«The New York Times» qəzeti bu hadisəni zarafatla «Bootgate» adlandırıb.

Raçel yazır ki, bütün bu misallara baxmayaraq mühafizəkarlar hündürdaban kişi ayaqqabılarını qəbul edə bilmirlər.

Onların fikrincə, qadının qadın, kişinin də kişi ayaqqabısı olmalıdır.

Amma getdikcə qloballaşan dünyada kişi və qadın geyimi arasındakı sərhəd aşılanıb yoxa çıxır. Ümumən qadınların geyimində kişi geyimlərinin elementləri artır.

Odur ki, kişilər də əks cinsdən nəyi isə əxz edə bilərlər. Ələlxüsus da bu, yaxşı bir kişiyə onun özünəinamını qaytarırsa…

 





18.06.2017    çap et  çap et