Vaxt.Az

Sobçakı «soyundurdular»


 

«Hər gün 2-3 dəfə belə hala rast gəlinir»

Sobçakı «soyundurdular» Rusiyanın populyar teleaparıcısı Kseniya Sobçakı ABŞ-ın Mayami aeroportunda saxlayıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Kseniya Sobçak özünün «Twitter» səhifəsində yazıb. Saxlanılan Kseniya Sobçakı təpədən-dırnağa qədər yoxlayıblar.
«Uçuş zamanı cihaz mənim barmağımda partlayıcı maddə aşkar etdi. Buna görə də mənim üstümü axtararaq az qala soyundurdular. Cihazın isə siqnal verməsinə səbəb qliserin imiş. Bu maddə ilə məni masaj ediblər. Təhlükəsizlik xidmətinin əməkdaşları bildirdilər ki, hər gün 2-3 nəfərdə belə hala rast gəlinir», - deyə Sobçak yazıb.
 





09.01.2014    çap et  çap et