Lakin yerli qızıldərililər bu nəzəriyyəni sadələşdirilmiş və qərəzli hesab edir.
Avropanın ilk səyyahları Amerikalara gəldikdə qarşılaşdıqları insanları hindlilər adlandırmışdı.
«Amerika hindlilərinin ensiklopediyası»nın müəllifi Aleksand Even bunu avropalıların hər kəsə yüxarıdan baxması ilə izah edir. Onun dediyinə görə, onlar ya bu insanların genetik səviyyəsinin aşağı olduğunu, ya da sivilizasiya səviyyəsinə görə onlara belə münasibət göstərilib. Hindlilər isə o zaman aşağı səviyyədə idi.
Bu primitiv insanların dənizə çıxış qabiliyyəti nəzərə alınaraq, onların quru ilə Amerikaya gəldikləri təxmin edilib. Suala cavab Berinq boğazında tapılıb.
Evenin dediyinə görə, hindlilərin bu ölkəyə müxtəlif yollar və daha öncədən gəldiyinə dair yeni kəşflər və texnoloji məlumatlara baxmayaraq, ilkin nəzəriyyə doqma şəklini alıb.
1930-cu illərdə alimlər Nyu-Meksikoda mamont sümükləri üzərində apardıqları tədqiqat zamanı fərqli xüsusiyyətlər aşkar edib. Onlar buna əsaslanaraq, ilk insanların Amerikaya 13 min əvvəl gəldiyini bəyan edib.
1970-ci illərdə insanların Amerikaya ilk gəlişi 16 min əvvələ aparılıb. Arxeoloq Ceyms Adovasio Penssilvaniyada aparılan arxeoloji qazıntılan zamanı aşkar edilən faktların buna sübut olduğunu bildirib.
Bu, ciddi tənqidlərlə qarşılanıb.
1998-ci ildə Kaliforniyanın Berkli dilçilik institutunun alimi Coanna Nikols bir dilin dəyişməsi üçün 50 min il lazım olduğunu deyir. Bu isə hindlilərin Amerikaya 19 min il əvvəl gəldiyinə işarədir.
Geoloqlar 12 min əvvəl Berinq boğazından keçidin qeyri-mümkünlüyünü irəli sürür. Bu da öz növbəsində onların okeanları keçərək Yeni Dünyaya gəldiyinə dair nəzəriyyələrə yol açıb.
2015-ci ildə Harvard Universitetinin alimi Pontus Skoqlund Amazon hindliləri ilə Avstraliya və Yeni Qvineyanın yerli əhalisi arasında DNK bağlılığını aşkar edib.