Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovannisyan deyib.
O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.
Xatırladaq ki, 16-17 iyunda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki təmas xəttində törətdikləri təxribatların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu öldürülmüşdü.