Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu «Samtredia» ilə üz-üzə gələcək.
Püşklə bağlı klubun rəsmi saytına danışan Qurbanov Gürcüstanda çempionatın davam etməsini rəqib üçün üstünlük sayır: «Ötən mövsüm rəqibin «Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadı. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdü. Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk».
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.