Bu bəyanatla ABŞ-da müqəddəs Ramazan ayı münasibəti ilə İsrailin Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Etnik Anlaşma Fondunun (Foundation for Ethnic Understanding) rəhbəri Mark Şnayer (Marc Schneier) çıxış edib.
Bu barədə haqqin.az məlumat yayıb.
Sayt xatırladır ki, Rebe Mark Şnayer ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayır.
«İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır», - Şnayer qəbulda deyib.
O, tədbir iştirakçılarına Beynəlxalq dialoq üzrə təşəbbüsü Azərbaycanın xarici işlər naziri, eləcə də mədəniyyət naziri, həmçinin Nyu-Yorkda mayın 26-da xristianların liderləri ilə müzakirə etdiyindən danışıb.
«Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının, eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlərarası və dinlərarası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edir», - Mark Şnayer bildirib.