Vaxt.Az

Qorxulu proqnoz


 

«Rusiya Azərbaycanda və Ermənistanda təsirini möhkəmlədəcək...»

Qorxulu proqnoz ABŞ-ın nüfuzlu qeyri-dövlət analitik mərkəzi olan «Stratfor»un hazırladığı proqnozda belə deyilir.
Mərkəzin analitikləri bildirir ki, Moskva Gürcüstanla Moldovanın Avropa İttifaqına yaxınlaşmasına mane olacaq, Azərbaycanda və Ermənistanda təsirini saxlayacaq və möhkəmlədəcək, Ukraynadakı 2015-ci il prezident seçkilərinə mühüm təsir göstərəcək, Avrasiya İttifaqı layihəsi isə Orta Asiya ölkələri hesabına güclənəcək və genişlənəcək.
Musavat.com-un məlumatına görə, proqnozda daha sonra deyilir: «Bütün bunlar üçün Rusiyanın öhdəsində cəmi bir il var – 2014. Məhz bu il ərzində Amerikanın başı İranla danışıqlara qatılacaq. Rusiya bu il hər üç Güney Qafqaz ölkəsində güclü mövqeyini qoruyub saxlayacaq. Hərçənd ABŞ-İran danışıqları bölgədə Türkiyə və İranın tədricən aktivləşməsi üçün qapıları açacaq. İran Azərbaycana sosial-siyasi təsirini artırmağa çalışacaq. Türkiyə isə Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi olmağa və İrəvanla münasibətləri qaydaya salmağa cəhd edəcək. Bununla belə, həm Tehran, həm də Ankara Qafqazda əhəmiyyətli irəliləyişə nail olmaqdan ötrü 2014-cü ildə başqa sferalarda çox ciddi problemləri həll etməli olacaqlar. Bu isə Moskvaya regionda dominant rolunu saxlamağa imkan verəcək».
 





10.01.2014    çap et  çap et