Vaxt.Az

Nepal Everesti ölçmək istəyir


 

Zəlzələ Hillari qayasını dağıdıb

Nepal Everesti ölçmək istəyir Nepal iki il ərzində Everest zirvəsinin hündürlüyünü ölçmək niyyətindədir, çünki 2015-ci ilin aprel ayında baş vermiş dağıdıcı zəlzələdən sonra dağ zirvəsinin hündürlüyü dəyişmiş ola bilər.

Ölkənin Müşahidə Xidmətinin qeyd etdiyinə görə, zirvənin 8848 metrlik hündürlüyü əvvəlki ölçmələrə əsaslanır, dağın coğrafi mövqeyi isə zəlzələ nəticəsində dəyişə bilərdi, «Kathmandu Post» nəşri qeyd edib.

İki il çəkəcək missiya iqlim dəyişikliyinin dağa göstərdiyi təsiri də öyrənməyə çalışacaq. Missiyaya ayrılan büdcə 1.35 milyon dollar təşkil edir.

Ölçmələr dağın ətrafındakı üç nöqtədən aparılacaq.

Lakin son yoxlamalar üçün ölçü avadanlığını dağın zirvəsinə də qaldırmaq lazım gələcək.

Nepal ilə yanaşı Hindistan da Everesti ölcmək niyyətindədir.

Belə bir niyyətdə olduğunu Hindistanın Müşahidələr Xidməti ötən həftə açıqlayıb, Deccan Herald nəşri bildirib.

İndi hər iki ölkə bu istiqamətdə səylərini birləşdirə bilər.

Everestlə bağlı, mütəxəssislər arasında müzakirə olunan digər bir məsələ Hillari qayasının aqibətidir.

Həmin qaya Everest zirvəsinə aparan yolda sonuncu sınaq mərhələsi sayılır.

Ötən ay bir britaniyalı alpinist Nepal zəlzələsi nəticəsində həmin qayanın dağıldığını bildirib.

Lakin Nepalın Himalay dağı ərazisində yaşayan Şerpa xalqının iki nümayəndəsi dərhal britaniyalı alpinistin iddiasını təkzib edərək, qayanın qarla örtüldüyünü bəyan ediblər.

 





20.06.2017    çap et  çap et