Bu günlərə qədər saxsı səhəngin bir tərəfi boş hesab olunurdu.
Aradın saxsı parçalar tapılan ərazisi vaxtilə hərbi bölmə kimi isitfadə olunub.
Səhəngin üz hissəsində xidməti qeydlər və hərbi maliyyə hesabatlarına dair yazılar var. Arxa hissəsindəki yazılanları isə yalnız indi, yeni skan sisteminin köməyilə oxumaq mümkün olub.
Qədim yazının müəllifi məktubunda yağ çatdırılmasını və qarnizonun tələbatını ödəmək üçün çaxır göndərilməsini xahiş edib.
Məktubun məzmunundan belə anlamaq olar ki, bizim eramızdan əvvəl VI əsrdə Araddakı qarnizonda tələbata cavab verən məmur azuqə qəbul etməliymiş.
Saxsı parçasında yağ və unun yazıldığı məktubla birgə əlavə məktub da göndərilib.
Məktubun Elişiv ben-Oşayahu adlı logistika üzrə zabitə ünvanlandığı, məktub müəllifinin isə Beer-Şeva şəhərindən olan Xananiyahu adlı birisi olduğu ehtimal olunur.
Məktub dostluq salamlaşması ilə başlayır: «Sənin dostun Xananiyahu (əsl dostun) sizə (Elişiv və və onun ailəsinə) salam göndərir. Allah sizi qorusun».
Bundan sonra məktubda müəllifin qeydlər barədə xatırlatmaları yer alır. O, gümüş və yağ göndərilməsini, həmçinin adı ayırd edilməyən hansısa məhsulu göndərməməyi xahiş edib.
Tədqiqatçıalr Arad 16 adını alan saxsı səhəngin bizim eramıza qədər 600-cü ilə aid olduğunu söyləyirlər.
Bu isə o deməkdir ki, Beer-Şeva şəhərindən olan Xaninayahu və Arad-dakı qarnizondan olan Elişiv ben-Oşayahu arasında yazışma İlk Məbəd zamanı və Babil padişahı Nəbukadnəzar II yəhudiləri fəth edənə qədərki dövrdə baş tutub.