Vaxt.Az

III Dünya müharibəsinin 1 metrliyində


 

ABŞ-la Rusiyanın təyyarələri möcüzə nəticəsində toqquşmadı

III Dünya müharibəsinin 1 metrliyində Rusiyanın Su-27 qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 kəşfiyyat təyyarəsinin cəmi 1.5 metrliyindən keçib.

Virtualaz.org xəbər verir ki, bu barədə Fox News telekanalı xəbər yayıb. İnsidentin dünən iyunun 19-da baş verdiyi bildirilir. Rusiya təyyarəsi raketlə silahlı olub, telekanal Su-27 qırıcısının uçuşunun «təxribatçı və xaotik» xarakter daşıdığını bildirir. Hələlik nə Pentaqon, nə Rusiya Müdafiə Nazirliyi bu informasiyanı şərh etməyib.

Rusiya qırıcıları bundan əvvəl dəfələrlə Baltik və Qara dənizin üzərində ABŞ-ın kəşfiyyat təyyarələrinin təhlükəli dərəcədə yaxınlığından keçmişdi. Lakin bu cür insidentlərdə heç vaxt 1.5 metr məsafəsi qeydə alınmamışdı. Təyyarələrin səsdən iti uçduğu nəzərə alınarsa bu, real toqquşma riski deməkdir və ABŞ-la Rusiya arasında münasibətlərdəki gərginliyin nə dərəcədə yüksək olduğunu bir daha göstərir. Bundan əvvəl ABŞ qırıcısı Suriyada Bəşər Əsədin hava qüvvələrinin təyyarəsini vurub, Rusiya buna cavab olaraq Suriya səmasında ABŞ-la koordinasiyanı dayandırıb.

 





20.06.2017    çap et  çap et