Vaxt.Az

Erməni sərhədçilərlə gizli görüş


 

Düşmən ölkənin mətbuatı şübhəli məlumat yaydı

Erməni sərhədçilərlə gizli görüş «Bu yaxınlarda erməni və türk sərhədçilərinin Gümrüdə gizli görüşü keçirilib». Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı gizli mənbələrinə istinadən məlumat yayıb.
Mətbuat görüş zamanı gələcəkdə beynəlxalq hüquq normaları qorunmaqla birgə fəaliyyət haqqında məsələlərin əsas müzakirə mövzusu olduğunu yazıb. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Xidmətinin Ermənistan nümayəndəliyinin mətbuat katibi Sergey Qreçin isə bu görüşlə bağlı informasiya almağın mümkünsüz olduğunu deyib. 
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədləri bütünlüklə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən qorunur. Erməni hərbçiləri isə yalnız Azərbaycan və Gürcüstan sərhədində qulluq edirlər.
 





10.01.2014    çap et  çap et