İftar mərasimi «Qurani-Kərim»dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs «Qurani-Kərim»in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Dövləti başçısı mərasimdə nitq söyləyib. Sonra iftar süfrəsi açılıb.