Vaxt.Az

Ordumuz erməni kəşfiyyatçısını ələ keçirdi


 

Düşmənin pusquya düşən təxribat qrupu itkilər verdi

Ordumuz erməni kəşfiyyatçısını ələ keçirdi Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat-təxribat qrupunun üzvünü ələ keçirdyini bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

«Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib», mətbuat xidmətinin məlumatında deyilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsun Avenisyan bildirib ki, Ermənistan Silahlı Qüvvələri hər hansı diversiya hərəkəri həyata keçirməyib və hərbi qulluqçular arasında itki yoxdur.

Bununla yanaşı, mətbuat katibi Azərbaycan tərəfinin ələ keçirdiyi şəxslə bağlı məlumat verməyib.

 





21.06.2017    çap et  çap et