BBC xəbər verir ki, Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.
Şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. O, müdafiə naziri vəzifəsini də icra edəcək.
Məhəmməd bin-Naif əl-Səud varis titulundan məhrum edilməklə yanaşı, baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.