NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib. TASS-ın verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcılarından ibarət mühafizə dəstəsi müşayiət edib.
Bu vaxt NATO qırıcılarından biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.
Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.
Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb. (APA)
çap et