Vaxt.Az
BTQ-nin tikintisi dayandı
«Çöl işləri, daxili işlərlə əvəzlənib»
Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikinti işləri Gürcüstan istiqamətində dayandırılıb.
Bunu AzNews-a «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, buna səbəb Gürcüstan ərazisində havaların soyuq keçməsidir və əsas işlərin həyata keçirilməsi mart-aprel ayından nəzərdə tutulub. Konkret mövcud dəmir yolun Mapavri-Axalkalakiyə ilə qədər hissəsində çöl işləri, daxili işlərlə əvəzlənib.
Onun sözlərinə görə, hazırda yalnız Axalkalaki terminalı və Karsaki və digər stansiyalarda inşaat işləri davam etdirilir:
«BTQ dəmir yolu xəttinin çəkilişinin əksər hissəsi Azərbaycan hökumətinin vəsaiti hesabına təmin olunur. Xəttin tikinti işləri də «Azərbaycan Dəmiryolservis» MMC tərəfindən aparılır.
Bu istiqamətdə işlər 2 sahədə həyata keçirilir. Birinci mövcud dəmir yolu xəttinin 159 km hissəsinin yenilənməsidir. İkinci istiqamət isə 29 km yolun və Gürcüstan-Türkiyə hissəsində 4,2 km tunelin çəkilməsindən ibarətdir. Artıq bu tunelin çəkilişi Türkiyə hissəsində 200 metr hissəsi həyata keçirilib».
N.Əzməmmədov ümid edib ki, 2014-cü ilin sonuna kimi BTQ dəmir yolu xəttində işçi qatarları yola salınacaq.
10.01.2014 çap et