Vaxt.Az

«Siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz»


 

Birinci vitse-prezident şəhid ailəsinin bankı borcu problemini həll etdi

«Siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz» Aprel şəhidi Xaliq Əzizzadənin «Para» BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva «Trend»ə bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:

«Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb».

Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: «BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu».

Qeyd edək ki, «Para» BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.

 





22.06.2017    çap et  çap et