Vaxt.Az
Depardye İtaliyada dalaşdı
Aktyor restorandakıları suya qərq edib
Məşhur fransız kino və teatr aktyoru Jerar Depardye İtaliya restoranlarının birində dava salıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Le Figaro» qəzeti yazır. Məqalədə bildirilir ki, aktyor insident İtaliyada qastrolda olarkən Leççe şəhərində yerləşən villasına da baş çəkib. O, evində bir müddət dincələndən sonra şəhər restoranlarının birində nahar etmək istəyib.Lakin Depardye nahar zamanı zalda həddən artıq səs-küy olduğunu deyərək əvvəlcə restoranın sahibi ilə mübahisə edib, daha sonra müştərilərin üstünə qışqırıb. Özündən çıxan aktyor hamını suya qərq edib.
Qəzəblənmiş aktyoru bir neçə dəqiqədən sonra restorana gələn polis dayandıra bilib. İtaliya polisi asayişi pozduğu üçün ona xəbərdarlıq edib, ancaq bildirib ki, bu hərəkəti bir daha təkrar olunsa, cərimə, hətta həbslə üzləşəcək. Depardye birinci dəfə deyil ki, özünü bu cür aparır. Ötən il Parisdə sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb və məhkəməyə verilib. Lakin aktyor məhkəməyə getməyib. Bu günlərdə Depardye bildirmişdi ki, aktyorluqdan getmək istəyir və hazırda vaxtının çoxunu Azərbaycanda, İtaliyada, digər ölkələrdə gəzməklə keçirir.
10.01.2014 çap et