Vaxt.Az

Obamanın Rusiyaya vurmaq istədiyi zərbə


 

Bombanın rəqəmsal ekvivalenti olan silah

Obamanın Rusiyaya vurmaq istədiyi zərbə 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiya infrastrukturlarına kiber silahlar yerləşdirilməsini bəyənib. Modern.az saytının məlumatına görə, bu haqda «The Washington Post» yazıb.

Jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, bu silah bombanın rəqəmsal ekvivalentidir və Rusiya ilə kritik münasibətlərdə gərginliyin pik həddə çatması zamanı işə salına bilər.

Amerikalı keçmiş məmurlardan biri bildirib ki, bu silah Rusiyanın strateji əhəmiyyətli obyektlərinin işini poza bilər. Texnologiyanın ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən yaradılıb və məsafədən tətbiq etmək imkanı var.

Məlumata görə, Barak Obama Rusiyaya qarşı sanksiyaların effekt verməyəcəyi təqdirdə bu metodu işə salmaq istəyirmiş.

Hazırda isə prezident Donald Trampın bu proqrama o qədər də önəmsəmədiyi bildirilib.

 





24.06.2017    çap et  çap et