Vaxt.Az

Azərbaycanın Fransadakı səfiri dəyişdirilib


 

Elçin Əmirbəyovu Rəhman Mustafayev əvəzləyib

Azərbaycanın Fransadakı səfiri dəyişdirilib Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı, həmçinin Rəhman Sahib oğlu Mustafayevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 





23.06.2017    çap et  çap et