Rəsmilər məscidin hasarından yandırılmış Quran və donuz əti parçasının qandallarla asıldığını görüblər.
Rəsmilər «Sacramento Bee» qəzetinə deyiblər ki, şerifin ofisi hazırda hadisə yerini araşdırır və İslam Mərkəzinə dəstək tədbirləri görür. Ən-Nur Sakramentoda ən böyük məsciddir.
«The Bee» qəzeti yazır ki, cümə günü axşam namazı vaxtı bir nəfər naməlum şəxs avtomobillə keçərkən Davis Mərkəzinin məscidinə Qurandan cırılmış vərəqləri tullayıb.
Ötən yanvar ayında bir qadın bu məscidin pəncərə şüşələrini qıraraq girişdəki şamdanlardan qaxac olunmuş donuz əti dilimlərini asmışdı.
Sonradan 30 yaşlı Loren Kirk Koeylo (Lauren Kirk-Coehlo) nifrət cinayəti törətməkdə təqsirli bilinərək 5 il müddətinə islah işlərinə məhkum edilmişdi.