Vaxt.Az

2.7 milyardlıq cəza


 

«Google»a qarşı şok cərimə qərarı

2.7 milyardlıq cəza Avropa Komissiyası «Google»un daxil olduğu «Alphabet» şirkətinin rekord miqdarda cərimələnməsi barədə qərar qəbul edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Avropa Komissiyası «Google»u axtarış sistemləri bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edərək şirkətə 2,42 milyard avro (2.7 milyard dollar) cərimə kəsib. Avropa qurumu hesab edir ki, «Google» mal və xidmətlər barədə axtarış nəticələrini qəsdən elə qurub ki, şirkətin kommersiya tərəfdaşları ilk sıralarda çıxsın.

Xatırladaq ki, «Google»un cərimələnə biləcəyi ilə bağlı bundan əvvəl «Financial Times» nəşri də yazıb. Qəzet ABŞ korporasiyasına qarşı 1 mlrd. avrodan artıq cərimənin tətbiq ediləcəyini proqnozlaşdırırdı.

 





27.06.2017    çap et  çap et