Vaxt.Az

İnsanov BİT-də saxlanacaq


 

Apelyasiyanın müraciəti əsasında...

İnsanov BİT-də saxlanacaq Yanvarın 11-də keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüləcək.
“Media forum” saytının məlumatına görə, vəkil Toğrul Babayev bildirib ki, Penitensiar Xidmət köçürülmə haqda qərar verib: “Bakı Apelyasiya Məhkəməsi Əli İnsanovun məhkəməyə gətirilməsini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etmişdi. Penitensiar Xidmət köçürülmə qərarını buna görə çıxarıb”.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.
 





10.01.2014    çap et  çap et