«Report» xəbər verir ki, qeyri-leqal kəşfiyyatın 95 illiyi münasibətilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Mənzil-qərargahına gələn dövlət başçısı bir sıra ölkələrin xüsusi xidmət orqanlarının fəallaşdığını vurğulayıb.
«Bizim ölkəmizin daxili siyasi və ictimai proseslərinə təsir etmək məqsədilə əməliyyatlar keçirilir. Xarici xüsusi xidmət orqanlarının Rusiya və bizim müttəfiqlərimiz əleyhinə artan fəallığı göz qabağındadır», – deyə Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, Rusiyanın müdafiə, iqtisadi, resurs potensialı barədə məlumatlar əldə etmək üçün kiberhücum cəhdindən, informasiyaların toplanması, casusların ələ alınması cəhdlərindən istifadə edilir.