Vaxt.Az

...Ermənistan bunkerlər qurur


 

Azərbaycanla sərhəd boyu...

...Ermənistan bunkerlər qurur Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində 10 mülki müdafiə obyekti yaradılıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri David Tonoyan parlamentdə 2016-cı il üçün dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib. Onun sözlərinə görə, ötən il mülki müdafiə obyektləri-sığınacaqlar əvvəlcə 2 kənddə, daha sonra əlavə 8 kənddə yaradılıb. «Bu məntəqələr praktiki olaraq tam hazırdır, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti onların mümkün hadisələrə hazırlıq vəziyyətini yoxlayır», - Tonoyan bildirib.

 





30.06.2017    çap et  çap et