Vaxt.Az

Şəkər tozunun qiyməti?


 

Bu haqda Sərkisyanın qadın alt paltarı satan tərəfdarı «Lfik Samo»dan soruşun

Şəkər tozunun qiyməti? Ermənistanda yay mövsümü ilə əlaqədar şəkər tozuna tələbatın artması bu məhsulun ölkəyə idxalı üzərində inhisarçılıq məsələsini yenidən gündəmə gətirib.

Virtualaz.org xəbər verir ki, «Aykakan Jamanax» qəzeti hazırda Ermənistanda şəkər tozunun topdansatış qiymətinin bir kiloqram  üçün 410 dram (85 sent) olduğunu yazır və qiymətin hətta Avropa ölkələri ilə müqayisədə yüksək olduğunu göstərir.

Məsələn, Almaniyada şəkər tozu 69 sentdir, yəni 350 dramdır. Qonşu Gürcüstanda isə daha ucuzdur-cəmi 310 dramdır, yaxud 64 sentdir. Bəs Ermənistanda şəkər tozu niyə belə bahadır? Qəzet yazır ki, bu haqda «Lfik Samo» ləqəbli oliqarx-deputat Samvel Aleksanyandan soruşmaq lazımdır. Çünki Ermənistana şəkər tozu idxalı «Lfik Samo»nun inhisarındadır. Hərçənd dövlət orqanları iddia edir ki, bu sahədə heç bir inhisar mövcud deyil.

«Lfik Samo» vaxtilə İrəvanda qadın alt paltarları satdığına görə bu ləqəbi qazanıb, hazırda o, ölkənin ən varlı oliqarxlarından biridir və Serj Sərkisyanın yaxın tərəfdaşıdır. O, şəkər tozu idxalı ilə yanaşı biznesin bir çox sahələrində fəaliyyət göstərir.

İnhisarçılıq Ermənistanda da ciddi problemdir və bu ölkədə banandan tutmuş kərə yağına, benzin və dizel yanacağından tutmuş digər əsas ərzaq mallarına qədər hər şey hakim klanın adamlarının inhisardadır. Məsələn, banan idxalı məhkəmə qərarlarına nəzarət idarəsinin rəisi olan general Miqran Poqosyanın inhisarındadır. Generalın adamları bu bazara girmək istəyənlərə dəfələrlə silah belə çəkiblər.

 





01.07.2017    çap et  çap et