Vaxt.Az

Gəncə kazarma rejimindədir


 

Zakir Həsənov qarnizonu yoxlayır

Gəncə kazarma rejimindədir Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Modern.az-a daxil olan məlumata görə, müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.
 





10.01.2014    çap et  çap et