Məqalədə deyilir ki, həmin adam bu üsulla yeni mənzil və müavinət almağa çalışırdı.
Bu yaxında «Grenfell» yanğınında rəsmən 80 nəfərin həlak olduğu bildirilsə də, media əsl rəqəmin daha yüksək ola biləcəyini yazır.
Sözü gedən şəxs yanğından dərhal sonra sosial təminat orqanlarına müraciət edib və ona hətta xüsusi psixoloq da ayrılıb.
Polis artıq «Grenfell» binasının sakinləri ilə söhbətlər aparıb və onlar iddiaçını tanımadıqlarını bildiriblər.
London bələdiyyə polisi hətta bu adamın əslində yaşadığı ünvanı da aşkar edib. Ünvan yanğın baş verən binanın 40 kilometrliyində yerləşir.
Polis bunu da müəyyən edib ki, iddiaçının arvad-uşağı yerli-dibli olmayıb.