Vaxt.Az

Putin dünya müharibəsinə hazırlaşır?


 

Moskvada 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib...

Putin dünya müharibəsinə hazırlaşır? Rusiya paytaxtında 300 metr dərinlikdə 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikilib. Virtualaz.org xəbər verir ki, bu barədə Pentaqon ekspertlərinin hazırladıqları hesabata əsasən «Times» nəşri yazıb.

«Prezident Vladimir Putin belə görünür ki, ABŞ-ın onu devirməyə hazılaşdığına inanır, ona görə də o, 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikdirir», - nəşr yazıb.

«Times» bildirir ki, həmin nüvə bunkerləri Moskvanın altında, 300 metr dərinlikdədir və Rusiya rəhbərliyi onları nüvə qiyamətinə hazırlayır. «Kremlin altında yerləşən dərin yeraltı kompleks və Moskva Dövlət Universitetinin binasına bitişən nəhəng yeraltı bunkr hərbi dövrdə milli komandanlıq üçün nəzərdə tutulub»-məqalədə deyilir. Həmin bunkerlərdə nüvə hücumundan sonra bir neçə ay ərzində yaşamaq və yerüstü əməliyyatları effektiv idarə etmək üçün yüksək effektivli imkanlar var.

Bu hesabat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ekspertləri tərəfindən hazırlanıb və soyuq müharibənin başa çatmasından sonra Rusiyanın imkanlarını dəyərləndirən ilk belə sənəddir. Ekspertlərin mövqeyinə görə Kreml əmindir ki, ABŞ Rusiyada rejim dəyişikliyinə hazırlaşır. Hesabaat əsasən həmin «Putin bunkerləri» Moskva altındakı digər bunkerlər şəbəkəsi ilə birləşdirilib və «Vnukovo» aerportunun VİP-terminalına çıxışı var.

Hesabat Donald Trampın prezident seçilməsindən əvvəl hazırlanıb və orada deyildiyinə görə Putin əmindir ki, ABŞ dünyada demokratiyanın yayılması kampaniyası çərçivəsində onu da devirmək istəyir. Ötən il Rusiyada nüvə hücumu zamanı evakuasiyanın sınaqdan keçirildiyi müki müdafiə təlimləri keçirilib. Çoxları gözləyirdi ki, Tramp prezident olandan sonra Rusiya ilə münasibətləri yaxşılaşdıracaq, lakin ABŞ prezidentinin Kremllə şübhəli əlaqələrinə dair qalmaqal bu gözləntiləri heçə endirib.

 





02.07.2017    çap et  çap et