Modern.az xəbər verir ki, Hesablama Palatasının qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 milyon manat məbləğində vəsaitin məbləği 167 milyon manat artırılıb. İlkin nəzərdə tutulmamış 1 layihə üzrə 3 milyon manat məbləğində vəsaitin ayrılması təklif edilib.
Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170 milyon manat məbləğində artırılması nəzərdə tutulub.
Hesablama Palatası öz rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.