Vaxt.Az
Daha bir ölüm
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib
Azərbaycanda əsgər özünü güllələyib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin verdiyi məlumata görə, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından açılmış atəş nəticəsində xəsarət alıb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
13.01.2014 çap et