Vaxt.Az

Zirehli maşınlar, karabinerlər, barrikadalar...


 

İtaliyada Azərbaycan borusuna görə gecə döyüşləri

Zirehli maşınlar, karabinerlər, barrikadalar... İtaliyanın Melandunyo bölgəsində Azərbaycan qazını Avropaya nəql etmək üçün tikilən TAP kəmərinə görə təhlükəsizlik qüvvələri ilə «No TAP» komitəsinin fəalları arasında güclü toqquşmalar olub. virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə yüzlərlə fəal və yerli sakin San-Fokada, TAP kəmərinin marşrutu üzərində qalan sonuncu 43 zeytun ağacının köçürülməsini əngəlləməyə çalışıb. Bu zaman güclü toqquşmalar baş verib.

Xəbər verildiyi kimi çoxillik zeytun ağaçalarının köçürülməsi prosesi şoumen, rusiyapərəst Beppe Grillonun («5 Star» hərəkatı, parlamentdə 22 faiz səslə təmsil olunur) yaratdığı «No TAP» komitəsinin güclü etirazlarına baxmayaraq aprel ayında başlayıb. Lakin mayın əvvəllərindən etibarən həm ağacları riskə atmamaq, həm çimərlik mövsümünə mane olmamaq üçün işlər dayandırılmışdı. Bununla belə ötən gecə TAP konsorsiumunun podratçılarının qalan ağacları köçürmək üçün yük maşınları zirehli polis maşınlarının, karabinerlərin və maliyyə polisinin müşaiyəti ilə Melandunyoya qayıdıblar. Bundan xəbər tutan anti-TAP fəalları texnikanın yolunu kəsib.

Gecə yarısı bölgənin Vernole yüksəkliyində anti-TAP fəalları yolu bağlayıblar və texnikann hərəkətini dayandırıblar. Lakin yüzlərlə polis onlara müdaxilə edərək yolu açıb. Buna baxmayaraq fəallar Melandunyonun girişində yenidən yolu bağlaya biliblər, toqquşma zamanı TAP konsorsiumunun podratçı şirkətinə aid iki yük maşını zədələnib. Azərbaycan qaz kəmərinə qarşı çıxan eksperemistlərin yolda böyük barrikada qurduqları bildirilir. Nəticədə TAP şirkətinin texnikası əraziyə daxil ola bilməyib və indi polis yolu açmaq üçün barrikadanı dağıtmalıdır. Aksiyada Melandunyo və Martano bölgələrinin merləri, habelə onların müavinləri də iştirak edib.

Bütün gecə boyu davam edən toqquşmalarda ekstremistlər yol boyu çoxsaylı blok-postlar qoyublar, polislər vaxtaşırı olaraq onlara qarşı dəyənəkləri işə salıb. Buna baxmayaraq yolu açmaq mümkün olmayıb.

 





04.07.2017    çap et  çap et